Ən yaxşı təcrübə üçün zəhmət olmasa cihazınızı şaquli (portrait) vəziyyətə gətirin.
Bakıda keçirilən “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun Bakı mərhələsi başa çatıb. Beynəlxalq səviyyəli turnirə Botanica Residence tərəfdaş qismində dəstək göstərib. Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdmanı Sarayında keçirilən yarışda müxtəlif ölkələrdən olan güclü üzgüçülər bir neçə kateqoriya üzrə mübarizə aparıblar. Üç…
07 oktyabr 2026Bakıda keçirilən “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun Bakı mərhələsi başa çatıb. Beynəlxalq səviyyəli turnirə Botanica Residence tərəfdaş qismində dəstək göstərib.
Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdmanı Sarayında keçirilən yarışda müxtəlif ölkələrdən olan güclü üzgüçülər bir neçə kateqoriya üzrə mübarizə aparıblar.
Üç gün davam edən turnir yüksək rəqabət və maraqlı nəticələrlə yadda qalıb. Yarışın final mərhələsində Azərbaycanı təmsil edən idmançılar da uğurlu çıxışları ilə diqqət çəkiblər. Turnir çərçivəsində Azərbaycan rekordu da yenilənib.
Botanica Residence-in beynəlxalq idman tədbirinə dəstəyi layihənin sağlam və aktiv həyat tərzinə verdiyi önəmi nümayiş etdirir. Premium yaşayış konsepsiyasını müasir şəhər həyatı ilə birləşdirən Botanica Residence üçün idmanın, sağlamlığın və aktiv yaşam mədəniyyətinin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Layihənin belə mühüm beynəlxalq tədbirlərdən birinə tərəfdaş kimi dəstək verməsi Botanica Residence-in yalnız yaşayış layihəsi deyil, şəhərin sosial və ictimai həyatında dəyər yaradan bir brend kimi mövqeyini də gücləndirir.
Bakı mərhələsində fərqlənən idmançılar medallarla təltif olunublar. “İpək Yolu” Dünya Kubokunun növbəti mərhələsi 8-10 oktyabr tarixlərində Daşkənddə keçiriləcək.
Botanica Residence - müasir memarlıq, premium yaşayış və yüksək həyat keyfiyyətini bir araya gətirən layihə.
Yaxınlaşdırmaq üçün şəklin üzərinə iki dəfə toxunun
İyunun 18-də Four Seasons Hotel Baku-da «PMD Group» MMC və «Kensington» MMC-nin birgə layihəsi olan Botanica Residence-in rəsmi təqdimat və açılış mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes və media təmsilçiləri, investorlar, eləcə də layihənin tərəfdaşları iştirak ediblər. Böyük Britaniyanın beynəlxalq təcrübəyə malik «Chapman Taylor» memarlıq şirkəti tərəfindən…
19 iyun 2026İyunun 18-də Four Seasons Hotel Baku-da «PMD Group» MMC və «Kensington» MMC-nin birgə layihəsi olan Botanica Residence-in rəsmi təqdimat və açılış mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes və media təmsilçiləri, investorlar, eləcə də layihənin tərəfdaşları iştirak ediblər.
Böyük Britaniyanın beynəlxalq təcrübəyə malik «Chapman Taylor» memarlıq şirkəti tərəfindən hazırlanmış Botanica Residence layihəsi tədbir iştirakçılarına təqdim olunub.
Botanica Residence Bakının prestijli Badamdar ərazisində, Mərkəzi Nəbatat Bağının yaxınlığında yerləşən lüks yaşayış kompleksidir. Layihə şəhər həyatının dinamikliyini təbiətin sakitliyi ilə bir araya gətirərək müasir və komfortlu yaşayış üçün yeni yanaşma formalaşdırır.
Layihənin əsas fəlsəfəsi sakinlərə yalnız yaşayış sahəsi deyil, yüksək həyat keyfiyyəti, rifah və balanslı yaşam təcrübəsi təqdim etməkdir.
Kompleks ümumilikdə 2,2 hektar ərazini əhatə edir və dörd yaşayış binasından ibarətdir. Layihədə 359 lüks mənzil və 4 penthaus nəzərdə tutulub. İki bina 22, digər iki bina isə 18 mərtəbədən ibarətdir.
Botanica Residence-in əsas fərqləndirici xüsusiyyətlərindən biri «yaşıl yaşam» konseptidir. Mərkəzi Nəbatat Bağına yaxın yerləşməsi sakinlərə şəhərin imkanlarından uzaqlaşmadan təbiətlə gündəlik təmasda olmaq imkanı yaradır.
Geniş yaşıllıq zonaları, ailə və istirahət üçün nəzərdə tutulmuş ictimai məkanlar, eləcə də sağlam və aktiv həyat tərzini dəstəkləyən imkanlar kompleksin yaşayış konsepsiyasının əsas elementlərini təşkil edir.
Botanica Residence-də memarlıq, landşaft və funksional məkanlar vahid konsepsiya ətrafında birləşdirilərək sakinlərin gündəlik rahatlığını və rifahını prioritetə çevirir.
Layihə Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan «PMD Group»un yerli bazardakı təcrübəsi ilə «Kensington»un beynəlxalq baxışı və layihə idarəçiliyi üzrə yanaşmasının birgə sintezi əsasında formalaşdırılıb.
«PMD Group» daşınmaz əmlakın inkişafı, investisiyası və idarə edilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkətin həyata keçirdiyi layihələrdə müasir memarlıq, funksionallıq və innovativ yanaşma əsas prinsiplər kimi çıxış edir.
«Kensington» isə beynəlxalq standartlara əsaslanan layihə idarəçiliyi və lüks yaşayış seqmentindəki təcrübəsi ilə Botanica Residence layihəsinin konseptual və idarəetmə yanaşmasına töhfə verir.
Botanica Residence şəhərin mərkəzinə yaxınlığın üstünlüklərini təbiətin sakitliyi ilə birləşdirən, müasir memarlıq və düşünülmüş yaşayış konsepsiyasını vahid məkanda təqdim edən yeni nəsil lüks yaşayış layihəsidir.
Yaxınlaşdırmaq üçün şəklin üzərinə iki dəfə toxunun
18 iyun 2026-cı il tarixində Four Seasons Hotel Baku-da Botanica Residence layihəsinin rəsmi təqdimat və açılış mərasimi baş tutacaq. "PMD Group" MMC və "Kensington" MMC-nin birgə layihəsi olan Botanica Residence Britaniyanın beynəlxalq təcrübəyə malik Chapman Taylor şirkəti tərəfindən hazırlanıb. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes və media təmsilçiləri, investorlar, eləcə də…
14 may 202618 iyun 2026-cı il tarixində Four Seasons Hotel Baku-da Botanica Residence layihəsinin rəsmi təqdimat və açılış mərasimi baş tutacaq. "PMD Group" MMC və "Kensington" MMC-nin birgə layihəsi olan Botanica Residence Britaniyanın beynəlxalq təcrübəyə malik Chapman Taylor şirkəti tərəfindən hazırlanıb. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes və media təmsilçiləri, investorlar, eləcə də layihənin tərəfdaşları iştirak edəcək. Mərasim çərçivəsində layihənin memarlıq konsepsiyası, infrastrukturu və satış şərtləri ilə bağlı ətraflı təqdimat keçiriləcək.
Botanica Residence layihəsinin brendinqinin hazırlanması üçün beynəlxalq kreativ agentlik Sectorlight ilə əməkdaşlıq haqqında razılıq əldə olundu. Mərkəzi ofisi Londonda, Yaxın Şərqdə isə filialı yerləşən şirkət dünyanın bir çox böyük layihəsinə brendinq həllərini imza atıb. Sectorlight əsasən yer və məkan brendinqi, şəhərsalma və layihələrin rəqəmsal təqdimatı sahəsində ixtisaslaşıb. Bu…
25 oktyabr 2025Botanica Residence layihəsinin brendinqinin hazırlanması üçün beynəlxalq kreativ agentlik Sectorlight ilə əməkdaşlıq haqqında razılıq əldə olundu. Mərkəzi ofisi Londonda, Yaxın Şərqdə isə filialı yerləşən şirkət dünyanın bir çox böyük layihəsinə brendinq həllərini imza atıb. Sectorlight əsasən yer və məkan brendinqi, şəhərsalma və layihələrin rəqəmsal təqdimatı sahəsində ixtisaslaşıb. Bu əməkdaşlıq sayəsində Botanica Residence-in vizual kimliyi və brend dili beynəlxalq səviyyədə peşəkar şəkildə formalaşacaq.
Botanica Residence layihəsinin memarlıq konsepsiyasının hazırlanması üçün dünya şöhrətli Britaniya şirkəti Chapman Taylor ilə anlaşma əldə olundu. 1959-cu ildən bəri fəaliyyət göstərən şirkət mükafatlara layiq görülmüş memarları, şəhərsalma mütəxəssisləri və interyer dizaynerləri ilə dünyanın aparıcı developerləri və investorları üçün layihələr həyata keçirir. Beynəlxalq təcrübəsi olan Chapman…
12 sentyabr 2025Botanica Residence layihəsinin memarlıq konsepsiyasının hazırlanması üçün dünya şöhrətli Britaniya şirkəti Chapman Taylor ilə anlaşma əldə olundu. 1959-cu ildən bəri fəaliyyət göstərən şirkət mükafatlara layiq görülmüş memarları, şəhərsalma mütəxəssisləri və interyer dizaynerləri ilə dünyanın aparıcı developerləri və investorları üçün layihələr həyata keçirir. Beynəlxalq təcrübəsi olan Chapman Taylor hər layihəyə "yaxşı dizayn" prinsipi ilə yanaşır — forma ilə funksiyanı tarazlayan, məqsədinə həqiqətən xidmət edən məkanlar yaradır. Bu əməkdaşlıq Botanica Residence-in beynəlxalq standartlarda, fərqli və yaddaqalan bir layihə kimi formalaşmasına töhfə verəcək.
Bakıda keçirilən “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun Bakı mərhələsi başa çatıb. Beynəlxalq səviyyəli turnirə Botanica Residence tərəfdaş qismində dəstək göstərib.
Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdmanı Sarayında keçirilən yarışda müxtəlif ölkələrdən olan güclü üzgüçülər bir neçə kateqoriya üzrə mübarizə aparıblar.
Üç gün davam edən turnir yüksək rəqabət və maraqlı nəticələrlə yadda qalıb. Yarışın final mərhələsində Azərbaycanı təmsil edən idmançılar da uğurlu çıxışları ilə diqqət çəkiblər. Turnir çərçivəsində Azərbaycan rekordu da yenilənib.
Botanica Residence-in beynəlxalq idman tədbirinə dəstəyi layihənin sağlam və aktiv həyat tərzinə verdiyi önəmi nümayiş etdirir. Premium yaşayış konsepsiyasını müasir şəhər həyatı ilə birləşdirən Botanica Residence üçün idmanın, sağlamlığın və aktiv yaşam mədəniyyətinin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Layihənin belə mühüm beynəlxalq tədbirlərdən birinə tərəfdaş kimi dəstək verməsi Botanica Residence-in yalnız yaşayış layihəsi deyil, şəhərin sosial və ictimai həyatında dəyər yaradan bir brend kimi mövqeyini də gücləndirir.
Bakı mərhələsində fərqlənən idmançılar medallarla təltif olunublar. “İpək Yolu” Dünya Kubokunun növbəti mərhələsi 8-10 oktyabr tarixlərində Daşkənddə keçiriləcək.
Botanica Residence - müasir memarlıq, premium yaşayış və yüksək həyat keyfiyyətini bir araya gətirən layihə.
Tezliklə sizinlə əlaqə saxlayacağıq.