Brendinq tərəfdaşı olaraq beynəlxalq "Sectorlight" agentliyi seçildi
Botanica Residence layihəsinin brendinqinin hazırlanması üçün beynəlxalq kreativ agentlik Sectorlight ilə əməkdaşlıq haqqında razılıq əldə olundu. Mərkəzi ofisi Londonda, Yaxın Şərqdə isə filialı yerləşən şirkət dünyanın bir çox böyük layihəsinə brendinq həllərini imza atıb. Sectorlight əsasən yer və məkan brendinqi, şəhərsalma və layihələrin rəqəmsal təqdimatı sahəsində ixtisaslaşıb. Bu əməkdaşlıq sayəsində Botanica Residence-in vizual kimliyi və brend dili beynəlxalq səviyyədə peşəkar şəkildə formalaşacaq.