Botanica Residence-in rəsmi təqdimat və açılış mərasimi keçirilib
İyunun 18-də Four Seasons Hotel Baku-da «PMD Group» MMC və «Kensington» MMC-nin birgə layihəsi olan Botanica Residence-in rəsmi təqdimat və açılış mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes və media təmsilçiləri, investorlar, eləcə də layihənin tərəfdaşları iştirak ediblər.
Böyük Britaniyanın beynəlxalq təcrübəyə malik «Chapman Taylor» memarlıq şirkəti tərəfindən hazırlanmış Botanica Residence layihəsi tədbir iştirakçılarına təqdim olunub.
Botanica Residence Bakının prestijli Badamdar ərazisində, Mərkəzi Nəbatat Bağının yaxınlığında yerləşən lüks yaşayış kompleksidir. Layihə şəhər həyatının dinamikliyini təbiətin sakitliyi ilə bir araya gətirərək müasir və komfortlu yaşayış üçün yeni yanaşma formalaşdırır.
Layihənin əsas fəlsəfəsi sakinlərə yalnız yaşayış sahəsi deyil, yüksək həyat keyfiyyəti, rifah və balanslı yaşam təcrübəsi təqdim etməkdir.
Kompleks ümumilikdə 2,2 hektar ərazini əhatə edir və dörd yaşayış binasından ibarətdir. Layihədə 359 lüks mənzil və 4 penthaus nəzərdə tutulub. İki bina 22, digər iki bina isə 18 mərtəbədən ibarətdir.
Təbiətlə harmoniyada şəhər həyatı
Botanica Residence-in əsas fərqləndirici xüsusiyyətlərindən biri «yaşıl yaşam» konseptidir. Mərkəzi Nəbatat Bağına yaxın yerləşməsi sakinlərə şəhərin imkanlarından uzaqlaşmadan təbiətlə gündəlik təmasda olmaq imkanı yaradır.
Geniş yaşıllıq zonaları, ailə və istirahət üçün nəzərdə tutulmuş ictimai məkanlar, eləcə də sağlam və aktiv həyat tərzini dəstəkləyən imkanlar kompleksin yaşayış konsepsiyasının əsas elementlərini təşkil edir.
Botanica Residence-də memarlıq, landşaft və funksional məkanlar vahid konsepsiya ətrafında birləşdirilərək sakinlərin gündəlik rahatlığını və rifahını prioritetə çevirir.
Beynəlxalq təcrübə və yerli peşəkarlığın bir araya gəldiyi layihə
Layihə Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan «PMD Group»un yerli bazardakı təcrübəsi ilə «Kensington»un beynəlxalq baxışı və layihə idarəçiliyi üzrə yanaşmasının birgə sintezi əsasında formalaşdırılıb.
«PMD Group» daşınmaz əmlakın inkişafı, investisiyası və idarə edilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkətin həyata keçirdiyi layihələrdə müasir memarlıq, funksionallıq və innovativ yanaşma əsas prinsiplər kimi çıxış edir.
«Kensington» isə beynəlxalq standartlara əsaslanan layihə idarəçiliyi və lüks yaşayış seqmentindəki təcrübəsi ilə Botanica Residence layihəsinin konseptual və idarəetmə yanaşmasına töhfə verir.
Botanica Residence şəhərin mərkəzinə yaxınlığın üstünlüklərini təbiətin sakitliyi ilə birləşdirən, müasir memarlıq və düşünülmüş yaşayış konsepsiyasını vahid məkanda təqdim edən yeni nəsil lüks yaşayış layihəsidir.