Botanica Residence AIREX 2026 sərgisində PMD Group-un stendində təmsil olunub
PMD Group və Kensington-un birgə yaşayış layihəsi olan Botanica Residence AIREX 2026 sərgisində PMD Group-un stendində təqdim olunub. İlk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi noyabrın 4-dən 6-dək Bakı Ekspo Mərkəzində keçirilib və 61 yerli və xarici şirkəti bir araya gətirib.
Sərginin açılış günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva PMD Group-un stendini ziyarət edərək Botanica Residence layihəsi ilə tanış olublar.
Stenddə ziyarətçilərə layihənin memarlıq konsepsiyası və Bakıdakı Mərkəzi Nəbatat Bağının yanında yerləşməsi barədə məlumat verilib. Beynəlxalq memarlıq bürosu Chapman Taylor tərəfindən layihələndirilən Botanica Residence dörd yaşayış binasından ibarətdir. Binaların ikisi 22, digər ikisi isə 18 mərtəbəlidir. Kompleksdə 359 mənzil və dörd penthaus nəzərdə tutulub. Yaşıllaşdırılmış açıq məkanlar, ailələr üçün istirahət zonaları və rekreasiya imkanları sakinlərin evlərinin yaxınlığında açıq havada vaxt keçirməsi üçün layihəyə daxil edilib.
Kensington və PMD Group-un nümayəndələri sərginin proqramı çərçivəsində keçirilən panel müzakirələrində də iştirak ediblər. Müzakirələrdə şəhərsalma və texnologiyanın artan rolu da daxil olmaqla daşınmaz əmlak sektorunun inkişafına təsir edən mövzulara toxunulub. Panellərdən biri daşınmaz əmlak bazarında tikinti şirkətləri, banklar və texnologiya şirkətləri arasında əməkdaşlığa həsr olunub.
AIREX 2026 Azərbaycanda elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilib. Sərgi mənzil almaq istəyənlərə və investorlara yerli və xarici layihələrlə tanış olmaq, sektor nümayəndələrinə isə təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını dəyərləndirmək imkanı yaradıb. PMD Group və Kensington sərgidə Botanica Residence layihəsini təqdim etməklə yanaşı, Bakıda yaşayış layihələrinin inkişafı ilə bağlı müzakirələrə də qatılıblar.
Qeyd edək ki, Botanica Residence PMD Group və Kensington-un Bakıda həyata keçirdiyi birgə yaşayış layihəsidir. Mərkəzi Nəbatat Bağının yaxınlığında yerləşən layihənin layihənin əsas memarlıq konsepsiyasını formalaşdıran əsas amillərdən biri geniş infrastruktur imkanlarına malik avtomobilsiz, yaşıl həyətin olmasıdır. Chapman Taylor tərəfindən dizayn edilən layihədə dörd yaşayış binası yaşıllaşdırılmış vahid ərazidə birləşir. Açıq məkanlar istirahət, ailə ilə vaxt keçirmək və gündəlik istifadə üçün nəzərdə tutulub.