0%

Ən yaxşı təcrübə üçün zəhmət olmasa cihazınızı şaquli (portrait) vəziyyətə gətirin.

İnfrastruktur

Yaşıl Landşaft

Nəbatat Bağından ilham alan landşaft qapalı və təhlükəsiz bir aləm təqdim edir. Ağaclar, çəmənliklər və gəzişmə yolları arasında uşaq oyun meydançası, padel tennis kortu və kölgəli qazebolar yerləşir. Hər addımda təbiət, hər küncdə açıq havanın sakit nəfəsi sizi qarşılayacaq.

Ağıllı təhlükəsizlik sistemləri

24/7 təhlükəsizlik, müasir video nəzarət sistemi və Face ID giriş texnologiyası ilə təmin olunan ərazi sakinlərə tam qayğısız bir yaşam mühiti təqdim edəcək.

Elektromobil enerji dolumu məntəqəsi

Müasir həyat tərzinə uyğun olaraq kompleksin ərazisində elektromobil enerji dolumu məntəqəsi nəzərdə tutulub. Bu xidmət sayəsində sakinlər avtomobillərini şəhərə çıxmadan, evlərinin altında rahatlıqla doldura biləcəklər.

Padel tennis kortu

Aktiv həyat tərzi sevənlər üçün kompleksin ərazisindəki müasir padel tennis kortu hazırdır. Dostlarınızla ya da ailə ilə keçirəcəyiniz oyun saatları hər günü daha enerjili edəcək.

Velosiped dayanacağı

Aktiv həyat tərzini sevən sakinlər üçün kompleksin daxilində xüsusi velosiped dayanacağı nəzərdə tutulub. Sakinlər velosipedlərini rahatlıqla saxlaya və istədikləri vaxt aktiv istirahətə çıxa biləcəklər.

Parametrlərə
görə seç

Vizual axtarış

Vizual axtarış

Botanica Residence